1 min read

Bakıda hoteldə bir nəfəri döyüb bahalı telefonunu əlindən aldılar

Bakıda hoteldə quldurluq olub. Canlixeber.com xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən hotellərin birində baş verib. Naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

4 mins read

Perinatal Mərkəzin direktoru hökm oxunmasına az qalmış xəstəxanalıq oldu

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin son söz mərhələsində mərkəzin sabiq direktoru Mehriban Abbasquliyeva məhkəmədən vaxt istəyib. Bununla bağlı məhkəmə işinə bir […]

1 min read

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri […]

2 mins read

İşdən çıxarılan polkovnikə cinayət işi açıldı 

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin […]

1 min read

Bakıda motosiklet qaçıran və Sumqayıtda marketlərdən oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Nəsimi rayonunda zərərçəkən polisə müraciət edərək “Tufan” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. İkitəkərli nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb. Sumqayıt şəhərində isə müxtəlif vaxtlarda ayrı-ayrı iki […]

1 min read

Təmir işləri apardığı evdən 6000 dollar oğurlayan usta saxlanılıb

Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd pul naməlum şəraitdə oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da məlum olub. Rayon ərazisində keçirilən […]

1 min read

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin […]

2 mins read

Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxs həbsdən azad olunub

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Zülfüqar Mansurov barəsində seçilmiş həbs […]

2 mins read

Oğlunu əməliyyata göndərdi, gəlininə təcavüz etdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gəlinini döyməkdə təqsirləndirilən Tahir Quliyevin (ad və soyad şərtidir – red.) barəsindəki cinayət işi üzrə proses başa çatıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, o, 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Zəngilan rayonunun Ağalı kəndində baş verib. 1965-ci il təvəllüdlü T. Quliyevin […]