İdman
Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib
Misli Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. X turun görüşləri 4, XI və XII turun matçları isə 3 günü əhatə edəcək. Misli Premyer Liqası I dövrə, X tur 30 oktyabr 18:30. “Turan Tovuz” – “Sabah” Tovuz şəhər stadionu […]
Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-in Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib. Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib. […]
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb. Canlixeber.com xəbər verir k, bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib. Məlumata görə, “BWF AirBadminton European Continental Championships 2026” turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü […]
FIFA Türkiyə klubuna transfer qadağası qoydu
FIFA Türkiyənin “Eyüpspor” klubunu cəzalandırıb. Canlixeber.com xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Super Liqa təmsilçisi keçmiş oyunçularına olan borclarını ödəmədiyi üçün üç dönəmlik transfer qadağasına məruz qalıb. Borclar ödənəcəyi halda, qərar qüvvədən düşəcək. “Eyüpspor” çempionatda 7 turdan sonra 3 xalla 18-ci sıradadır.
“Beşiktaş”da ciddi itki
Türkiyə Super Liqa klublarından “Beşiktaş” ciddi itki ilə üzləşib. Canlixeber.com xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orkun Kökçü zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kapitan Avropa Liqasında “Hoffenhaym”la ikinci tur matçında xəsarət alıb. Onun bərpa müddəti açıqlanmayıb. Qeyd edək ki, Orkun bu mövsüm 9 oyunda 2 qol vurub.
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək. Canlixeber.com xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçiriləcək. Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında […]
Misli Premyer Liqası: Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasının VIII turunda daha iki matç oynanılacaq. Canlixeber.com xəbər verir ki, günün birinci qarşılaşmasında “Qəbələ” öz meydanında “Sabah” komandasını sınağa çəkəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək bu görüş saat 16:00-da başlayacaq. Günün digər və turun əsas hesab olunan matçında isə “Qarabağ” “Neftçi” ilə qarşı-qarşıya gələcək. Tofiq Bəhramov adına […]
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün yarımfinal matçına çıxacaq. Canlixeber.com xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:15-də start götürəcək. Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə […]
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək
Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək. Canlixeber.com xəbər verir ki, komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq. Fridek-Mistekdəki “Hala Polarka” İdman Arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə edəcəklər. Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı 12-ci qrupda […]
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb. Canlixeber.com xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub. Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal […]
