İdman
Bakıda Şara Bulletə uduzan döyüşçü UFC-dən getdi
Braziliyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Mişel Pereyra UFC ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə “MMA Fighting” nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb. Bildirilib ki, əvvəlki müqaviləsi başa çatdıqdan sonra Pereyra UFC ilə cəmi bir döyüş üçün yeni anlaşma imzalamışdı. Həmin görüşdə o, Bakıda keçirilən turnirdə rusiyalı Şara Bulletə (Şarabutdin Maqomedov) hakimlərin […]
“Şamaxı” İsraildən olan futbolçu Teşager Dequnu heyətinə qatıb
“Şamaxı” klubu İsraildən olan futbolçu Teşager Dequnu heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Teşager Dequ son olaraq İsraildə “İroni” (Modin) klubunun formasını geyinib.
UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb
“Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb. Canlixeber.com xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub. Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb. Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi […]
“Qarabağ” daha bir legioneri klubdan GÖNDƏRİR
“Qarabağ” klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Canlixeber.com xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır. Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan “Qarabağ”a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb. Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu “Qarabağ” rəhbərliyi icarə əsasında […]
“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb
“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.
UEFA Çempionlar Liqası: “Sabah” I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq. Qarşılaşma “Park Holl” stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq. Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali […]
Səbail Zirədən ayrılan futbolçunu transfer edib
“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb. Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz” klublarının da formasını geyinib.
“Qarabağ”da gözlənilməz ayrılıq
“Qarabağ” daha bir futbolçu ilə yolları ayırır. Canlixeber.com xəbər verir ki, söhbət Şahruddin Məhəmmədəliyevdən gedir. Təcrübəli qolkiperin Ağdam təmsilçisində ayrılacağı bildirilir. Azərbaycan millisinin üzvünün yaxın vaxtda “Qarabağ”dan getdiyi rəsmən açıqlanacaq. 32 yaşlı oyunçunun “köhlən atlar”la müqaviləsi ötən ay başa çatıb. O, ötən mövsüm “Qarabağ”ın heyətində 6 oyun keçirib.
UEFA Konfrans Liqası: “Zirə”nin Gürcüstana səfər proqramı bəlli olub
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Torpedo”nun qonağı olacaq “Zirə”nin səfər proqramı bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə olaraq klubdan bildirilib. “Qartallar” iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq. İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq. “Zirə”ni səfər qarşılaşmasında […]
“Neftçi” Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək. Xatırladaq ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı […]
