1 min read

Azərbaycan millisinin qapıçısı bu kluba keçdi

Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyeva yeni mövsümdə “Sabah”ın heyətində çıxış edəcək. Canlixeber.com xəbər verir ki, 24 yaşlı qapıçı Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümünw əhatə edən müqavilə imzalayıb. Bu barədə Azərbaycan milli komandasının mətbuat xidməti məlumat yayıb. Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda […]

1 min read

Dünya Qadın Seriyası: “Neftçi SOCAR” yarımfinala yüksəlib

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 21:18 hesabı ilə üstələyən “ağ-qaralar” yarımfinala yüksəlib. Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı […]

1 min read

“Xankəndi” klubunda məşqçi təyinatı gerçəkləşib

Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” komandasında məşqçi təyinatı gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

1 min read

Qazaxıstan millisinin voleybolçusu Sergey Kuznetsov karyerasını Azərbaycanda davam etdirəcək

Azərbaycan Yüksək Liqasında çıxış edən kişilərdən ibarət “Murov Az Terminal” komandası yeni voleybolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qazaxıstanlı toppaylayıcı Sergey Kuznetsovla müqavilə imzalanıb. Xatırladaq ki, son olaraq Rusiyanın “Kuzbass” (Kemerovo) klubunda çıxış etmiş 32 yaşlı oyunçu Qazaxıstan millisinin də formasını geyinib.

1 min read

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə qitə çempionu olub. Davud Namazlı (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı bürünc mükafatla başa vurublar. Bununla […]

1 min read

Premyer Liqada turun yekunu: Azarkeşləri iki gərgin qarşılaşma gözləyir

Bu gün Misli Premyer Liqasında IV tura yekun vurulur. Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq. Turun son qarşılaşmasında isə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:15-də […]

1 min read

Peyman Hacıyev qalib gələrək kəmərə sahib oldu

Gürcüstanın Qaraçöp bölgəsindən olan 24 yaşlı idmançı Peyman Hacıyev Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gələrək kəmərə sahib olub. Canlixeber.com xəbər verir ki, yarışda 15 ölkədən idmançılar iştirak edib. O, Türkiyə, Azərbaycan, Fransa, Almaniya, İran, Çin, Tacikistan, Qırğızıstan, Rusiya, Çeçenistan, İraq, Avstraliya, Meksika, Fələstin və Gürcüstanın da təmsil olunduğu turnirdə Peyman Hacıyev 70 kq […]

1 min read

“Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində qarşılaşdığı Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib. Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya seçmələri ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan təmsilçisi […]

3 mins read

“Sabah” futbol klubundan inanılmaz QƏRAR – 10 milyon manatlıq layihə gəlir

“Sabah” futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq. Canlixeber.com xəbər verir ki, klubdan Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə beş milyon manat maliyyə dəstəyi ayrıldığı bildirilib. “Sabah” FK isə bu vəsaitə əlavə olaraq öz vəsaitindən beş […]

1 min read

“Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizəyə başlayır

Bu gün 3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçiriləcək yarışın qrup mərhələsində ilk olaraq Fransa ilə (12:45) qarşılaşacaq. Komanda daha sonra müvafiq olaraq Niderland (14:50) və Almaniya (16:55) seçmələri ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il […]