İdman
“Turan Tovuz” bu gün Bakıda “Fənərbağça” ilə üz-üzə gələcək
“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda “Turan” […]
UEFA Millətlər Liqası: Günün ən maraqlı qarşılaşmaları
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. A Liqasının III qrupunda Xorvatiya İngiltərəni, İspaniya isə Çexiyanı qəbul edəcək. B Liqasının I qrupunda Şimali Makedoniya Şotlandiya ilə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcək. C Liqasının I qrupunda Finlandiya Albaniyanı, Belarus isə San-Marino ilə […]
Azərbaycan – Litva oyununa portuqaliyalı hakimlər təyinat alıblar
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Litva oyununun hakimləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb. FIFA referis Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro […]
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. Canlixeber.com xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün gecənin əsas qarşılaşmasında Azərbaycan millisi Bakıda Lixtenşteyn millisini qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu Bakı vaxtı ilə saat 20:00-da “CBC Sport” TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmasında isə Danimarka millisi öz meydanında Portuqaliya ilə matça çıxacaq. Bakı […]
Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb. Canlixeber.com xəbər verir ki, o, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Moldova – Fransa oyununda hakimlərin işinə qiymət verəcək. Qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20:30-da Moldovada baş tutacaq.
NTD ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb
NTD ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. 25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Mərkəz və ağır hücumçu mövqelərində çıxış edən Cey-Kuan Yuinq ötən mövsümü ABŞ-də “Saint Peter”s Peacocks” komandasında keçirib.
“Gəncə” basketbol klubu Avropa Kuboku oyunlarını doğma meydanda keçirəcək
Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən “Gəncə” qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək. Canlixeber.com xəbər verir ki, qərb təmsilçisi turnirin qrup mərhələsində 5 ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək. Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə […]
Voleybol oyununa görə “Turan Tovuz” – “İmişli” matçının keçirilmə yeri dəyişdirilib
Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində “Turan” – “Mladost” (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar “Turan Tovuz” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə PFL-dən məlumat verilib. Klub müraciətində Misli Premyer Liqasının VIII turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” […]
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026″nın ikinci gününü 7 medalla başa vurublar
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar. Canlixeber.com xəbər verir ki, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub. 500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü (1:54.51) də 1-ci yeri tutub. Nuran Rəhimli – Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə […]
“Sabah”ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR
“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əvvəlcə komandanın dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də saat 12:00-da başa çatacaq. Bundan sonra hər qarşılaşma üçün fərdi biletlərin […]
