Hadisə
Oğuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Oğuzda minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda, rayonun Padar kəndi ərazisində baş verib. İlkin məlumata görə, “Mercedes” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan “VAZ”ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev və 1984-cü il təvəllüdlü Aynur Salahova Oğuz xəstəxanasına yerləşdirliblər. […]
Yevlax sakini Mingəçevirdə döyülüb
Yevlax sakini Mingəçevirdə mübahisə zamanı döyülüb. Canlixeber.com xəbər verir ki, hadisə Mingəçevirdə, Qaçaq Nəbi küçəsində yerləşən kafedə baş verib. İlkin məlumata görə, mübahisə zəmnində 39 yaşlı Yevlax rayon sakini Xəyal Rəsulov başından ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Baş vermiş hadisə ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Gəncədə üç qardaş arasında dava – Biri özünə xəsarət yetirib
Gəncədə qardaşlar arasında əlbəyaxa dava olub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Üç qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. Mübahisə zamanı onların içkili olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər araşdırma başlanılıb.
Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Chevrolet” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük […]
Ağcabədidə kanalda batan şəxsin meyiti tapıldı
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, suda boğulan 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda dünəndən başlayan güclü külək 48 ağacı aşırıb, 63 budaq sınıb
Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb. Canlixeber.com xəbər verir ki, vu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.
Biləsuvarda sürücü infarkt keçirdi, maşın kanala aşdı
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Aşağı Cürəli kəndində əkin sahələrinə gedən torpaq yolda baş verib. “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında infarkt keçirib. Bundan sonra avtomobil yol kənarındakı kanala düşüb. Sürücü həyatını itirib. Əlizadə Əliyev rayon ərazisində fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom kimi […]
Daha bir tiktoker 10 sutkalıq həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. Canlixeber.com xəbər verir ki, “TikTok”da “Çevik” ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, sosial media vasitəsi ilə Radikal Dini təbliğat və Ateismə qarşı çağırışlar etməsi tanınır. Qəbələ Rayon Polis İdarəsi tərəfindən […]
Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü
Astara rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, rayonun Kijəbə qəsəbə sakini – 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi
Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə barəsə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata görə, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən […]
