Hadisə
Azərbaycanda son bir həftədə yaşıllıqlara 136 700 manat ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ağsu və Şəmkir rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospektində, Yasamal rayonu, Mətbuat prospektində, Ağsu rayonu, Suraxanı və Şəmkir rayonu, Sabirkənd kəndləri […]
Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi
Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi vəfat edib. Canlixeber.com xəbər verir ki, vəfat edən tələbə Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisasının tələbəsi Sinan Musazadədir. Onun uzun sürən ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Naxçıvanda ayağının kəsilməsi planlaşdırılan pasiyent Türkiyədə sağaldı
Naxçıvanda ayağının amputasiyasına qərar verilən xəstə Türkiyənin Iğdır şəhərində uğurlu əməliyyat nəticəsində ayağını itirməkdən xilas olub. Canlixeber.com xəbər verir ki, Iğdır Nevruz Erez Dövlət Xəstəxanasında xəstəyə uğurlu “bypass” əməliyyatı aparılıb. Əməliyyat nəticəsində ayağın qan dövranının bərpasına nail olunub və amputasiyanın qarşısı alınıb. Qeyd edək ki, hadisə Türkiyə mətbuatında da işıqlandırılıb.
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və […]
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Isuzu” markalı yük maşınında […]
BDYPİ iki nəfərin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Oktyabrın 14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. İlkin məlumata görə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə […]
Bakıda nasaz yük maşını əsas yoldan kənarlaşdırıldı
8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub. ** Bakıda yük avtomobilinin texniki nasazlıq səbəbindən yolda qalması […]
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Canlixeber.com xəbər verir ki, hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir – red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyib və onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Mirkamilə onunla zarafat etməsini irad tutub. Mirkamil isə ona “Kişi deyilsən?” sualını verib. Nəticədə […]
Abşeronda qəza baş verib, vətəndaş çətin vəziyyətdə qalıb
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Changan” markalı minik avtomobili və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə yol-qəza […]
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev “Volkswagen” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü və sərnişini 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu […]
