1 min read

Səbail rayonunda yanğın baş verib

Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə […]

1 min read

Xəzər rayonunda yanğın baş verib

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən […]

1 min read

Ceyranbatanda ana və övladını maşın vurub

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladını avtomobil vurub. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən ana və övladını “Hyundai Santa Fe” markalı minik maşını vurub. Onlar müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıdakı psixiatriya xəstəxanasında ölüm

Bakıda psixiatriya xəstəxanasında ölüm hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb. Burada müalicə alan şizofreniya xəstəsi, 52 yaşlı Asif Qiyas oğlu Qurbanov naməlum səbəbdən ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda sərxoş kişini avtomobil vurdu

Bakıda sərxoş kişini avtomobil vurub. Canlixeber.com hadisə dünən gecə saatlarında baş verib. 1978-ci il təvəllüdlü Habil Müqabil oğlu Aslanov bədənin müxtəlif nahiyələrinin travması ilə xəstəxanaya çatdırılıb. Məlum olub ki, onu avtomobil vurub. H.Aslanov xəstəxanaya gətirilərkən sərxoş olub. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 […]

1 min read

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində – Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər […]