1 min read

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xəsarət alanlar var

Naxçıvanda təcili tibbi yardım avtomobilinin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Chery” markalı avtomobil toqquşub və təcili tibbi yardım avtomobili aşıb. Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər avtomobildə olan […]

1 min read

Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi

Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib. Canlixeber.com xəbər verir ki, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib. Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək […]

1 min read

Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub

Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Ərazinin bir hissəsinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

1 min read

Bakı-Tbilisi qatarı yolda qaldı – SƏBƏB

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, ADY-dən problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradıldığı bildirilib. Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

1 min read

Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi

Ağsu rayonunda “Tik-tok” sosial şəbəkəsində canlı yayımda qeyri-etik ifadələr səsləndirən 25 yaşlı qadın müəyyən edilib. Canlixeber.com xəbər verir ki, 2001-ci il təvəllüdlü N. B. özünə məxsus səhifəsində nalayiq küçə söyüşləri söyüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə o, 500 manat miqdarında cərimə edilib.

1 min read

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. Belə ki, Gəncə sakini Dəmir Əli oğlu İsmayilov idarə etdiyi “Mercedes” markalı, 77-EV0-029 dövlət nömrə nişanlı avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və dəmir səddi qıraraq yeraltı keçidə aşıb. […]

1 min read

Sabunçu rayonunda yanğın başlayıb

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa şəhərciyi”ndə yerləşən obyektlərin birində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğınla […]

1 min read

Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı

Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.

1 min read

Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü

Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.