1 min read

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Ramilə İldırım qızı Seyidcanovanı yolu keçərkən avtomobil vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəkidə dörd nəfəri çaqqal dişləyib

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib. Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi xəstəxanada davam […]

1 min read

Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü

Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin ərazisində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədov ərazidə yerləşən transformatorda ehtiyatsız davranıb və onu yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə, Davud Məmmədov “Azərbaycan Dəmir Yolları” […]

1 min read

Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikililin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının […]

1 min read

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. “Audi” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar. Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. […]

2 mins read

Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb: İki Azərbaycan vətəndaşı həlak olub, daha 2-si yaralanıb

Ötən gün Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb. Canlixeber.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər […]

1 min read

Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama

“27 iyun 2026-cı il tarixində saat 00:40-də 1985-ci il təvəllüdlü hamilə qadın təcili tibbi yardım briqadası tərəfindən tibb müəssisəsinə hospitalizasiya olunub. Hamiləliyin 36-cı həftəsində olan pasiyentə “doğuşun I dövrü” və “dölyanı mayenin vaxtından əvvəl axması” diaqnozları təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib”. Canlixeber.com bu barədə barədə Sabunçu Tibb Mərkəzindən bildirilib. Qeyd edilib ki, […]

1 min read

Bakıda 2 nəfər xilas edilib, 1 meyit aşkarlanıb

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti […]

1 min read

Xəzərdə zəlzələ olub

Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 05:52-də qeydə alınıb, ocağı 31 kilometr dərinlikdə yerləşib. Məlumata əsasən, zəlzələ Qala stansiyasından 20 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.