Dünya
Əsli və Kərəmin məqbərəsi bərpa olunacaq
Təbriz Bələdiyyəsi Əsli və Kərəmin məqbərəsini bərpa etmək qərarına gəlib. Canlixeber.com xəbər verir ki, adları əfsanəyə çevrilmiş və folklor nümunəsinin adında həkk olunmuş bu iki aşiqə aid edilən qəbirlər Təbrizin Qaraməlik rayonunda (Axmaqaya məhəlləsi) Pir Həsən məzarlığının yanında yerləşir. Pir Həsən (yaxud “Qız-Oğlan”) məzarlığı uzun müddətdir yerli əhali üçün müqəddəs sayılır və ziyarət yeri kimi tanınır. Təbriz Bələdiyyəsi bu tarixi türbənin […]
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. Belə ki, Quşçu kənd sakini 13 yaşlı Emir Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB
Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb. Canlixeber.com xəbər verir ki, həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib. Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Bildirilib ki, həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib: “Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz […]
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
Türkiyənin Ağrı vilayəti ərazisində Azərbaycan vətəndaşı həbs edilib. Canlixeber.com yerli mediaya istinadən xəbər verir ki, Diyadin rayonu ərazisində şübhəli nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Avtobusun sərnişinlərinin üzəriləri və yükləri yoxlanılarkən Azərbaycan vətəndaşının çantasından 1.5 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İlon Mask tarixdə ilk trilyonçu oldu
ABŞ-li milyarder İlon Mask “SpaceX” şirkətinin səhmlərinin IPO-da yerləşdirilməsi sayəsində tarixə ilk trilyoner kimi düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Mənbənin məlumatına görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord məbləğdə – 75 milyard dollar cəlb edəcəyini bildirmişdi. Qeyd olunub ki, ABŞ-nin “SpaceX” şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirmə ərəfəsində səhmlərin qiymətini […]
KİV: Dubay şeyxinin sabiq həyat yoldaşı Zeynəb Cavadlı həbs edilib
Dubay hakiminin qardaşı oğlunun keçmiş xanımı Zeynəb Cavadlı üç azyaşlı qızının qəyyumluğu üzərində yaranan münaqişənin dərinləşməsi fonunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə BBC rəsmi mənbələrə istinadən məlumat yayıb. Dubay Dövlət Prokurorluğundan verilən məlumata əsasən, Zeynəb Cavadlının saxlanılmasına səbəb onun sabiq əri və üç uşağının atası Şeyx Səid bin Maktum bin Rəşid Al Maktumun […]
Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi
Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib. Canlixeber xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb. G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub. Ukrayna […]
Madridin “Cibeles” fəvvarəsi Azərbaycan Bayrağı rənglərində işıqlandırılıb
Madridin “Cibeles” fəvvarəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılıb. Canlixeber.com əbər verir ki, fəvvarə İspaniyanın paytaxtında Azərbaycanın Müstəqillik Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərə bürünüb. Qeyd edək ki, İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir.
Kadir İnanır reanimasiyaya yerləşdirildi
Uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib. Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gecə aktyorun səhhətində problem yaranıb.Aktyora həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Son Dəqiqə: İran “Hörmüz” lə bağlı QƏRAR VERDİ: Yeni qaydalar BELƏ OLACAQ
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın qısamüddətli hərbi müşayiət əməliyyatını dayandırmasından sonra strateji Hörmüz boğazından keçən gəmilər üçün “yeni prosedurlar” tətbiq ediləcəyini bildirib. Canlixeber.com qeyd edir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, bu açıqlama Tehranın Vaşinqtonun “Project Freedom” (“Azadlıq Layihəsi”) adlı əməliyyatını dayandırmaq qərarına ilk reaksiyası hesab olunur. Sözügedən missiya müharibə dövründə […]
