Dünya
İstanbulda azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları […]
SITA: Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
CENEVRƏ, 6 iyul – Qarşıdakı 20-25 il ərzində dünya aviasiyasında sərnişin axınının iki dəfə artacağı proqnozlaşdırılır. Lakin sənaye bu artımı yeni hava limanları, daha çox təyyarə və ya sərhəd-keçid məntəqələrində əlavə işçi qüvvəsi hesabına deyil, rəqəmsal texnologiyalar vasitəsilə idarə etməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə SITA-nın Impact Report 2025 hesabatında bildirilir. Hesabata əsasən, […]
Azərbaycanlı gənc Polşada göldə boğuldu
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Qeyd edək ki, son iki ay ərzində Gürcüstandan olan üç gənc Polşada göldə boğularaq həyatını itirib.
Türkiyədə meşə yanğını başlayıb
Türkiyədə meşə yanğını başlayıb. Canlixeber yerli mətbuata istinadla xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır. Yanğına havadan və qurudan müdaxilə edilir.
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldılar
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə […]
23 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü
Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub. Canlixeber.com xəbər verir ki, Bolnisi rayonunun Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyev dostları ilə birlikdə istirahət məqsədilə göl kənarına gedib. Məlumata görə, o, göldə çimərkən boğularaq ölüb. Qeyd edək ki, Elvar Sarıyevin işləmək məqsədilə Polşaya getdiyi bildirilir.
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
Türkiyədə baş verən 3 min 224 meşə yanğınının əksəriyyəti səhlənkarlıq ucbatından baş verib. Canlixeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 40 min 32 hektar meşə sahəsi yanaraq məhv olub. İqlim dəyişikliyi, havanın temperaturunun kəskin yüksəlməsi və rütubətin aşağı düşməsi son illərdə meşə yanğınlarının sayının artmasına səbəb olub. Yanğınların səbəbləri qəsd, səhlənkarlıq və qəza, təbii […]
“Ayaks”ı məyus edən niderlandlı futbolçu faciəli şəkildə həlak oldu
Niderlandlı futbolçu Mats Qrotenbreq suda baş verən bədbəxt hadisə nəticəsində 28 yaşında faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumatı ESPN telekanalı yayıb. İdmançının ölümü Niderlandın Limburq əyalətində yerləşən “Mukerplas” istirahət zonasında çimərkən qayıqla toqquşması nəticəsində baş verib. Futbolçu 2023-cü ildə həvəskar “Herkules” klubunun heyətində çıxış edərkən Niderland Kuboku matçının əlavə vaxtında […]
Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi
ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır
Rusiyanın Krasnoyarsk diyarının şimalında meşə yanğınlarının sahəsi 133 min hektarı ötür. Canlixeber.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regional meşə yanğınları mərkəzi məlumat yayır. “20 iyun 2026-cı il saat 08:45-ə (Bakı vaxtı ilə 05:45 – red.) olan operativ məlumata görə, diyarın ərazisində ümumi sahəsi 133,6 min hektar olan 93 meşə yanğını aktivdir”, – məlumatda […]
