Erdal Beşikçioğlu
Erdal Beşikçioğlu həbs edilib
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, tanınmış aktyor Ərdal Beşikçioğlu həbs edilib. Canlixeber.com “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə Ə. Beşikçioğlu ilə yanaşı, daha 39 nəfər barəsində həbs qərarı verib. Bələdiyyə sədri iyulun 30-da keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılmışdı.
Erdal Beşikçioğlu saxlanıldı
Türkiyənin paytaxtı Ankarada Etimesqut Bələdiyyəsinə qarşı keçirilən korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Etimesqut Bələdiyyəsində aparılıb. Beşikçioğlunun hansı ittihamlarla saxlanıldığı və istintaqın digər təfərrüatı ilə bağlı hələlik ətraflı məlumat verilməyib. Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət […]
