1 min read

ABŞ-də ayı evə girərək əlil arabasındakı kişini parçalayıb

ABŞ-nin Nyu-Meksiko ştatında ayı yaşlı kişinin evinə girərək ona hücum edib. Canlixeber.com “People” nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı kişi hadisə zamanı evdə tək olub. Onun ögey oğlu isə poçta gedibmiş. Məlumata görə, yaşlı kişi yaxın vaxtlarda insult keçirib, həyat yoldaşını itirib və əlil arabasından istifadə edib. Ögey oğlu evə qayıdarkən qapının yarıaçıq olduğunu […]

1 min read

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. Canlixeber.com “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrlə birgə regional proqramların həyata keçirilməsinin zəruriliyini bildirib. V.Xaçaturyanın fikrincə, bu addımlar regionda uzunmüddətli sülhün bərqərar olmasına imkan verəcək. Ermənistan Prezidenti vurğulayıb ki, hazırda […]

1 min read

Paşinyan: Baş nazir olduğum günə lənət olsun

“Gizlətmirəm, son səkkiz ildə elə anlar olub ki, baş nazir olduğum günü lənətləmişəm”. Canlixeber.com xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimat mərasimində deyib. “Bu, bir-iki dəfə də olmayıb. Bilmirəm, siz hansı günə lənət oxumusunuz – mənim baş nazir olmağıma, yoxsa sizin müvafiq vəzifəyə təyin olunmağınıza?” – […]

1 min read

Şimali Kiprdə gəmi qəzasında ölən daha 2 nəfərin meyiti tapılıb

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb. Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb. Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

1 min read

Rusiyada meşəyə göbələk yığmağa gedən iki qadını ayı parçaladı

Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkar edilib. Meyitlər xilasedicilər tərəfindən tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar. Bundan əvvəl Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları iki təqaüdçü qadının tapılması istiqamətində əməliyyat həyata keçirirdilər. Avqustun 31-də göbələk yığmaq məqsədilə evdən çıxan qadınlar itkin düşmüşdülər. Axtarış tədbirlərinə polis əməkdaşları […]

1 min read

ABŞ-də reper Tupak Şakurun qətlində yeni ad

ABŞ-də andlı iclasçılar məhkəməsi Keffi Di kimi tanınan Dueyn Devisi repçi Tupak Şakurun 30 il əvvəl törədilmiş qətlində təqsirli bilib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumat səs-küylü məhkəmə prosesinin canlı yayımından məlum olub. Hakim tərəfindən oxunan qərarda bildirilib: “Biz, andlı iclasçılar, təqsirləndirilən Dueyn Keffi Devisin silah tətbiq etməklə qətldə birinci dərəcəli günahkar olduğunu hesab […]

1 min read

Paşinyan Kərki ilə bağlı təlimat verdi

Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə Bişkekdən qayıdanadək Rusiya əleyhinə açıqlama verməmələri və Kərki məsələsini gündəmə gətirməmələri barədə təlimat verib. Canlixeber.com xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb. Ermənistan nəşri Paşinyandan sitat da gətirib: “Gəlib yekun nəticəni deyəcəm, sonra həll edərik. Mən Bişkekdə olanda burada özünüzdən oyun çıxarmayın. İki günlük taym-aut”. Ermənistan Baş […]

1 min read

Şimali Kiprdə 260 sərnişini daşıyan gəmi batıb

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb. Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb. Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır. Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

1 min read

Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bir həftədən artıqdır ki, xarici enerji təchizatından məhrumdur və hazırda fövqəladə dizel generatorlarından istifadə edir. Canlixeber.com xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, altı fəaliyyətsiz reaktorunun soyudulmasını təmin etmək üçün elektrik enerjisinə ehtiyacı olan stansiyanın ərazisində cəmi 10 günlük dizel yanacağı ehtiyatı var. AES-in altı […]

1 min read

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb

Nepalın şimal rayonlarında baş vermiş daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nepalın Risklərin azaldılması və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb. Qeyd edilib ki, 734 nəfərin meyiti tapılıb. İndiyə qədər 8 186 nəfər xilas edilib, onların arasında 227 xarici ölkə vətəndaşı var. Aralarında 588 əcnəbi də olmaqla, […]