Dünya
Nigeriyada məşhur aktrisa 26 yaşında öldü
“Nimmi Ferrari” təxəllüsü ilə məşhurlaşan nigeriyalı aktrisa Adesanya Nimota Omotolani 26 yaşında ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə aktrisanın ailə üzvlərinə istinadən Böyük Britaniyanın “Need To Know” portalı xəbər yayıb. Məlumata əsasən, gənc sənətçi sentyabrın 6-da dünyasını dəyişib. Aktrisanın bacısının sözlərinə görə, onun səhhəti qəflətən pisləşib və tibb işçilərinin səylərinə baxmayaraq, həyatını xilas etmək […]
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub. Canlixeber.com xəbər verir ki, Ukraynanın Krıma endirdiyi dron zərbəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib. Bildirilib ki, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və həmyerlimiz vəfat edib. Mahir Məmmədovun Bolnisinin Arıxlı kəndindən olduğu və cənazəsinin doğma yurduna aparılması istiqamətində işlərin […]
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Bu ilin birinci yarısında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 223 nəfər təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii artım 4 nəfər və yaxud 1,83% artıb. Son üç ildə soydaşlarımız arasında doğum səviyyəsində azalma müşahibə olunur. Bu ilin […]
Ermənistanda sabiq məmurların silahları müsadirə edilir
Ermənistanın hüquq-mühafizə orqanları keçmiş yüksəkvəzifəli məmurlarda olan bütün silahları maksimum dərəcədə müsadirə etmək qərarına gəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Məlumata görə, bu qərar hətta qanuni əsaslarla alınmış və qeydiyyatdan keçmiş silahlara da şamil edilir. Qeyd olunur ki, Ermənistanın Daxili İşlər Nazirliyi sabiq məmurlara qarşı iddialar qaldıraraq, istənilən yolla – […]
SITA sərhəd nəzarətini sürətləndirən yeni həll təqdim edib
SITA şirkəti sərhəd nəzarətini sürətləndirən yeni həll təqdim edib. SITA Border Flow Lane sərnişinlərin əvvəlcədən yoxlanmasına imkan verir və sərhəddən keçidi ənənəvi elektron nəzarət qapıları ilə müqayisədə səkkiz dəfəyədək sürətləndirə bilər. Canlixeber.com xəbər verir ki, CENEVRƏ, 9 sentyabr 2026-cı il. Hava nəqliyyatı üçün texnoloji həllər təqdim edən SITA şirkəti SITA Border Flow Lane adlı yeni […]
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar”ın həyat yoldaşı da saxlanıldı
Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanla bağlı məhkəmə prosesi dərinləşir. Onun həyat yoldaşı Çağla Öz davam edən istintaq çərçivəsində saxlanılıb. Canlixeber.com xəbər verir ki, Mehmet Fatih Tançalanın həbsindən sonra arvadı Çağla Öz də nəzarət altına alınıb və ifadə verməsi üçün polis idarəsinə aparılıb. Xatırladaq ki, Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara […]
Buryatiyada itkin düşən turisti ayı parçalayıb
Rusiyanın Buryatiya Respublikasında itkin düşən 61 yaşlı kişinin cəsədi bir neçə günlük axtarışdan sonra Barquzinski rayonunda tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib. Axtarışlar zamanı xilasedicilər təxminən 400 km sahil xəttini və 50 km-dən çox meşə massivini axtarıblar, lakin turisti ayı parçalayıbmış. Kişini qohumları tapıblar və onun cəsədi polisə təhvil […]
Türkiyədə dəbdəbəli toy edən “Vanlı Kara Haydar” saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır
Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb. Canlixeber.com bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Mehmet Fatih Tançalan gecə saatlarında saxlanılıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, […]
Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib
Gürcüstan 61 xarici vətəndaşı deportasiya edib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır. Deportasiya olunan şəxslərin Gürcüstana girişinə mövcud qanunvericiliyə uyğun olaraq qadağa qoyulub. Nazirlik bildirir ki, cari ilin […]
BƏƏ-də nadir ov şahini rekord qiymətə satılıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində təşkil olunan Beynəlxalq ovçuluq, balıqçılıq, atçılıq və idman avadanlıqları sərgisindəki hərracda nadir ağ şahin rekord məbləğə – 2.1 milyon dirhəmə (571 min ABŞ dolları) satılıb. Canlixeber.com xəbər verir ki, bu barədə WAM portalı məlumat yayıb. Məlumata əsasən, “ultra-ağ” lələklərə malik şahin hərrac tarixində satılan ən bahalı quş olub. […]
