1 min read

Meteohəssas insanların nəzərinə

İyunun 1-i üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 min read

Bu gün hava necə olacaq?

İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə […]

1 min read

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

İyunun 1-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

1 min read

Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıdıb

Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıdıb. Canlixeber.com xəbər verir ki, 130 zəvvarı daşıyan təyyarə bir qədər öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Qeyd edək ki, digər zəvvarlar hazırda Məkkədədirlər və bir neçə gündən sonra Mədinəyə yollanacaqlar. İyunun 6-dan etibarən onların Bakıya daşınması başlanacaq. Sonuncu zəvvar qrupu iyunun 9-da Bakıya […]

1 min read

Sabah bulvarda atraksionlar pulsuz olacaq

Sabah dənizkənarı bulvarda atraksionlar pulsuz olacaq. Canlixeber.com xəbər verir ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar atraksion və karusellərin əksəriyyəti, qatarlar uşaqların pulsuz istifadəsinə veriləcək. Məlumata görə, atraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. Qeyd olunub ki, uşaqların atraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq.

1 min read

Azərbaycanın tanınmış aktyoru vəfat etdi

Azərbaycanın tanınmış aktyoru vəfat edib. Canlixeber.com Manset.az-a istinadən xəbər verir ki, “Bizim Cəbiş müəllim” filmindəki məşhur “Makedon” obrazı ilə yaddaşlarda qalan aktyor Aqil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Aqil Ağacanov həmçinin “Yuxu” filmində də rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox “Makedon” […]

1 min read

119 nömrəli marşrutun avtobusları dəyişdirilir

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

1 min read

Yol Polisi səfərdən dönən sürücülərə MÜRACİƏT ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib. Canlixeber.com xəbər verir ki, qurumdan verilən məlumata görə, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır: “BDYPİ hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhvali-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, […]

1 min read

Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb

Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə qrupun rəhbəri Səid İsrafilov məlumat verib. Qrup rəhbərinin sözlərinə görə, zəvvarlar həcc əməllərini yerinə yetirdikdən sonra Vətənə qayıdırlar: “Həcc əməllərini başa çatdırdıqdan sonra zəvvarlar ötən gecə vida təvafını yerinə yetiriblər. Onlar avtobuslarla Ciddə Beynəlxalq Hava […]