Cəmiyyət
Lənkəranda altı mindən çox abonent İŞIQSIZ QALACAQ
Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb. Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət […]
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.6 olub.Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 21-də bəzi yollarda görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq […]
Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq
Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: […]
Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
“Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib. Canloxeber.com “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib. Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.
Masazırda təmir zamanı qaz xətti zədələndi, qəsəbə qazsız qaldı
Abşeron rayonunun Masazır qəsəbəsində xüsusi texnika ilə qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirlib ki, bu səbəbdən saat 15:35-dən Masazır qəsəbəsinin qaz təchizatı dayandırılıb.Qeyd edilib ki, qaz təchizatı təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
Fərhad Əliyevə yeni VƏZİFƏ VERİLDİ
Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişikliyi olub. Canlı xəbər.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri təyin olunub. Hazırda DSK-nın Beynəlxalq əlaqələr şöbəsinin […]
Prezident bir qrup şəxsə medal verdi – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət […]
Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək […]
