1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer […]

2 mins read

Azad edilmiş ərazilərdə qazla təmin olunan yaşayış məntəqələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur. Canlixeber.com xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev 2023–2025-ci illərdə azad edilmiş ərazilərdə qazlaşdırma istiqamətində görülən işləri açıqlayarkən bildirib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş […]

1 min read

Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib. Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir […]

1 min read

Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Bakının bəzi ərazilərində oktyabrın 20-də qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, “Qaz İxrac” İdarəsi tərəfindən yeni çəkilmiş qaz kəmərinin mövcud yüksək təzyiqli magistral qaz kəmərinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Yasamal və Nəsimi rayonlarının bir hissəsində, Səbail rayonunun Badamdar […]

1 min read

Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub. Qeyd edək ki, R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsini tutub. Xatırladaq ki, oktyabrın 8-də həmin xəstəxanada insident yaşanıb. Hadisə […]

3 mins read

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək: iki yeni yol layihəsi nəzərdə tutulur

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib […]

2 mins read

Baş Dövlət Yol Polisi İdarəsindən küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, BDYPİ hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət […]

1 min read

Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Biletləri ADY-nin saytından, mobil tətbiqindən və ya dəmiryol […]

1 min read

Bakının 2 rayonunda su kəsiləcək

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə uyğun olaraq aparılacaq işlərlə əlaqədardır. Suyun verilməsinin oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə […]