1 min read

Meteohəssas insanların nəzərinə

Mayın 29-u üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, günün ikinci yarısından Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 min read

Güclü küləklə bağlı xəbərdarlıq edilib

Mayın 29 və 30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, […]

1 min read

Bu gün hava necə olacaq?

Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər […]

2 mins read

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır: “Belə ki, güclü külək […]

1 min read

Bakı və Abşeronda yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. […]

1 min read

Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Sərnişin […]

1 min read

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. Qurumdan bildirilib ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi […]

1 min read

Şirvanda benzinlə ehtiyatsız davranan kişi yandı

Şirvan sakini ağır yanıq xəsarətləri alıb. Canlixeber.com lent.az-a istinadla xəbər verir ki, benzinlə ehtiyatsız davranan şəhər sakini, 31 yaşlı Kərimli Fərid Behbud oğlu ağır yanıq xəsarətləri alıb. O, bədəninin 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə təxliyyə edilməsi gözlənilir.

1 min read

Komitə sədri şöbə müdirini İŞDƏN ÇIXARDI

Dövlət Statistika Komitəsinin (DSK) daha bir şöbə müdiri vəzifəsindən azad olunub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DSK-nin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Kuzina Tatyana Vladimirovna işdən çıxarılıb. Onun yerinə hələlik yeni təyinat olmayıb. Bununla da qurumda müdir vəzifəsi boş olan şöbələrin sayı […]