Cəmiyyət
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA
Mayın 24-ü saat 12:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.Düşən yağıntının miqdarı: Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, […]
Lerikdə Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, o ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Şamo İbadov Lerik rayonunda müəllim kimi fəaliyyət göstərb. O, 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müəllimlik fəaliyyətini dayandıraraq könüllü şəkildə döyüşlərə qatılıb.
Azərbaycanda zəlzələ olub
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 24-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi […]
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Azərbaycan əsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib. Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, cəbhə […]
Tanınmış idmançı vəfat etdi
Tanınmış idmançı, “Lider” idman klubunun sahibi İlham Sərdarov vəfat edib. Canluxeber.com “Unikal”a istinadla xəbər verir ki, o, idman etdikdən sonra dünyasını dəyişib. 55 yaşlı idmançının ürəktutmadan öldüyü bildirilir.
Azərbaycanda sənaye meşələri salınacaq
Ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq: […]
Samir Qənili müşavir təyin olundu
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov özünə yeni müşavir təyin edib. Canlixeber.com nocomment.az-a istinadla xəbər verir ki, Sədrin imzaladığı müvafiq qərara əsasən, bu vəzifəyə Samir Qənili gətirilib. Samir Qənili bu təyinata qədər “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi vəzifəsində çalışıb.
Bəzi ərazilərdə yağınıtılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Mayın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.Düşən yağıntının miqdarı Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada […]
