Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı
1 min read

Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı

Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb.

Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndi ərazisində baş verib.

Kənd ərazisində ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.