Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
1 min read

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Canlixeber.com xəbər verir ki, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub.

Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.