1 min read

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Bakıda polisin qanuni fəaliyyətinə maneə olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın […]

1 min read

Bu gün Neftçalada su olmayacaq

Hacıqabulda magistral içməli su xəttində qəza baş verib. Canlixeber.com xəbər verir ki, nəticədə Neftçala rayonunda içməli su təchizatında fasilələr yaranacaq. Belə ki, Hacıqabul rayonu ərazisində diametri 1 200 mm olan magistral içməli su xəttində baş verən qəza ilə əlaqədar Neftçala rayonuna verilən içməli suyun təchizatında oktyabrın 28-də günün ikinci yarısında fasilələrin yaranacağı gözlənilir.

1 min read

Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

Abşeron rayonunda Hökməli-Qobu-Güzdək avtomobil yolunun 2-ci kilometrində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat […]

1 min read

Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı

Paytaxtın bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, sentyabrın 29-u saat 21:00-dan etibarən Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək […]

1 min read

İrandan Rusiyaya aparılan kahı yükündən narkotik çıxdı

Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına təzə kahı yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin […]

1 min read

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı

Belçika hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən narkobaron İstanbulda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Məlumata görə, Kolumbiyadan Avropaya daşınan 2 tonluq kokain şəbəkəsinə rəhbərlik etdiyi müəyyənləşdirilən qruplaşma lideri Türkiyədə ələ keçib. Saxlanılan narkobaronun ekstradisiyası üçün məhkəmə prosesinə başlanılıb.

1 min read

Azərbaycan millisi U-15 çempionatında Cəbəllütariqlə qarşılaşacaq

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda C Divizionunda 65-96-cı yerlər uğrunda mübarizənin 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində baş tutan görüşdə rəqib 3:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, Azərbaycan millisi növbəti matçında Cəbəllütariqlə üz-üzə gələcək. […]

4 mins read

Bank zaminin avtomobillərinə qadağa qoyulmasını istədi – Məhkəmə razılaşmadı

Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb. Canlixeber.com xəbər verir ki, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit […]

1 min read

Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb

Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən uşaq bağçasının qapı və pəncərələri sındırılıb. Canlixeber.com xəbər verir ki, hadisəni törədən Vətən müharibəsinin qazisi Hüseynalı Dünyaməliyev polis tərəfindən saxlanılıb. Məlumata görə, onun tələbi həyat yoldaşının həmin bağçaya işə götürülməsi olub. Faktla bağlı araşdırma aparılır.