October 2026
Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın Krasnodar şəhərində 18-ci mərtəbədən yıxılan kişinin sağ qalması ilə nəticələnən qeyri-adi hadisə baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə “Krasnodar i kray” “Telegram” kanalı məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, kişi binanın girişinin üstündəki talvarın üzərinə düşüb. Ehtimal olunur ki, talvar zərbənin təsirini azaldaraq onun həyatını xilas edib. Kişi dərhal xəstəxanaya çatdırılıb. Hazırda […]
Azərbaycan Kubokunda II təsnifat mərhələsi yekunlaşır
Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümündə II təsnifat mərhələsinə bu gün yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki oyun saat 14:00-da başlayacaq. “Xankəndi” “Gəncəbasar”la, “Zəngəzur” isə “Karvan-Yevlax”la qarşılaşacaq. Azərbaycan Kuboku II təsnifat mərhələsi 29 oktyabr 14:00. “Xankəndi” – “Gəncəbasar”; 14:00. “Zəngəzur” – “Karvan-Yevlax”.
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. Canlixeber.com hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir – red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib. Müddət başa çatandan sonra həyat yoldaşı Sabirdən verdiyi pulu geri istəyib və ər-arvad arasında mübahisə yaranıb. […]
Bu gün hava necə olacaq?
Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. […]
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək vəzifəsi ləğv olunub.
AFFA 10 komandaya texniki məğlubiyyət verib
AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları və qadınlar arasında keçirilən liqalarda baş tutmayan, həmçinin qayda pozuntuları qeydə alınan matçlarla bağlı 10 komandaya texniki məğlubiyyət verib. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub. U-13 Liqasında “İmişli” – “Sabirabad” oyunu qonaq komandanın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün “Sabirabad”a 0:3 […]
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Canlixeber.com xəbər verir ki, fərmanla “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Müəyyən edilsin ki, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını […]
Ramiz Mehdiyev AMEA-dan qovuldu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, Milli Elmlər Akademiyasının 23 noyabr 2023-cü il tarixli Ümumi Yığıncağında təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin 3.6.-cı bəndinə əsasən, Akademiyanın üzvü ölkənin […]
İranda şəhər başçısı güllələndi
İranın Çaharmahal və Bəxtiyari əyalətinin Cunqan şəhərinin başçısı bu gün səhər saatlarında güllələnərək öldürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, bu barədə əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini informasiya verib. Rəsminin sözlərinə görə, ilkin qiymətləndirmələr hadisənin təxribat xarakteri daşımadığını göstərir. Hadisənin təfərrüatları, eləcə də silahlı […]
Azərbaycanda yeni suvarma kanalı tikiləcək
Gələn il yeni Qarabağ suvarma kanalının tikintisinə başlanılacaq. Canlixeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib. O bildirib ki, su təsərrüfatı sahəsində həyata keçirilən digər layihələrdən biri də Qarabağ suvarma kanalıdır: “Kanalın layihə sənədləri hazırlanıb və tikintisinə gələn il başlanılması hədəflənir. Layihəyə əsasən, Qarabağ suvarma kanalının suötürmə […]
