Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
1 min read

Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi Sərəncam imzalayıb.

Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Astanov Elvin Əmrah oğlu

Qasımov Ramil Famil oğlu

Məmmədov Pərvin Rasim oğlu

Musayev Oloxan İsayeviç.