October 2026
Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
Bakının bəzi ərazilərində oktyabrın 20-də qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, “Qaz İxrac” İdarəsi tərəfindən yeni çəkilmiş qaz kəmərinin mövcud yüksək təzyiqli magistral qaz kəmərinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Yasamal və Nəsimi rayonlarının bir hissəsində, Səbail rayonunun Badamdar […]
İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində – Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər […]
“Sabah”ın “Barselona” ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın “Barselona” klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir. Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir. Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də baş verib. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.
Məktəb direktorunun avtomobilinin yandırılmasına görə daha bir nəfər həbs edildi
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirilir. DİN-in Mətbuat Xidmətindən Canlixeber.com-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan […]
Qasım Bayramova Naxçıvanda vəzifə verildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Regional Mərkəzinə rəhbər təyin edilib. Canlixeber.com xəbər verir ki, Qasım Bayramov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri vəzifəsində çalışıb.
Anar Bayramov nazir təyin olundu – Sərəncam
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub.
Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi – Yeni təyinat
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycan Respublikası baş nazirinin müavini təyin olunub.
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən fərman
Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Canlixeber.com xəbər verir ki, Fərmanla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Müəyyən edilir ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə […]
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub. Canlixeber.com xəbər verir ki, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə […]
