October 2026
Kamran Əliyevdən yeni təyinatlar
Baş Prokurorluqda yeni təyinatlar olub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Nizami rayon prokuroru […]
Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir
Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət […]
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhumun yaxınları onun vəfatı ilə bağlı məlumat yayıblar. V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan […]
Pavel Priqojin MAR-da atasının biznes şəbəkəsini və təsirini genişləndirdi
Yevgeni Priqojinin ölümündən sonra Rusiya hökuməti “Vaqner” ÖHŞ-ni (özəl hərbi şirkət) öz nəzarətinə götürərək Müdafiə Nazirliyinin “Afrika Korpusu”nu yaratdı. Afrika regionundakı muzdlular məhz bu qurumun tabeliyinə keçməli idi. Canlixeber.com xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə isə Priqojinin oğlu Pavel Mərkəzi Afrika Respublikasında (MAR) “vaqner”çilər üzərindəki nəzarəti qoruyub saxlamağı və atasının […]
Şabran rayonunda sel nəticəsində zədələnmiş yol infrastrukturu bərpa olunub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu bardə AAYDA məlumat yayıb. Bildirilib ki, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub. Həmçinin […]
Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən yekun iclasda qərar açıqlanaraq təqdirləndirilənlər barədə birinci instansiyanın hökmü qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır […]
Bakı metrosu “Sabah”a görə xüsusi rejimdə işləyəcək
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” futbol klubunun növbəti qarşılaşması ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün […]
Bakıdakı psixiatriya xəstəxanasında ölüm
Bakıda psixiatriya xəstəxanasında ölüm hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb. Burada müalicə alan şizofreniya xəstəsi, 52 yaşlı Asif Qiyas oğlu Qurbanov naməlum səbəbdən ölüb. Faktla bağlı araşdırma aparılır.
Rusiyada ömürlük məhbus poçt xidmətini məhkəməyə verərək təzminat qazandı
Rusiyada 11 nəfərin qətlinə görə ömürlük azadlıqdan məhrum edilən Telman Sayfiyev məhkəmə qərarı ilə “Rusiya Poçtu” Səhmdar Cəmiyyətindən kompensasiya almağa nail olub. Hazırda o, Perm diyarındakı “Ağ qu quşu” cəzaçəkmə müəssisəsində cəza çəkir. Canlixeber.com xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb. İş materiallarına əsasən, Sayfiyev Perm diyarı məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. […]
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz […]
