October 2026
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma […]
Məşhur meyxanaçı vəfat etdi
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Meyxanaçının hansı səbəbdən öldüyü məlum deyil.
Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb Faktla bağlı araşdırma aparılır.
Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
Azərbaycan Respublikasının Ali Məhkəməsi hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb. Canlixeber.com xəbər verir ki, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında […]
Bakıda sərxoş kişini avtomobil vurdu
Bakıda sərxoş kişini avtomobil vurub. Canlixeber.com hadisə dünən gecə saatlarında baş verib. 1978-ci il təvəllüdlü Habil Müqabil oğlu Aslanov bədənin müxtəlif nahiyələrinin travması ilə xəstəxanaya çatdırılıb. Məlum olub ki, onu avtomobil vurub. H.Aslanov xəstəxanaya gətirilərkən sərxoş olub. Faktla bağlı araşdırmalar aparılır.
DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. Canlixeber.com xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, hadisə 2025-ci ilin yanvarında baş verib. Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində istintaq […]
UEFA Çempionlar Liqası: “Sabah” Bakıda “Borussiya Dortmund”u qəbul edir
“Sabah” klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, təmsilçimiz üçüncü turda Almaniyanın “Borussiya Dortmund” klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. UEFA Çempionlar Liqası Liqa mərhələsi III tur 20 oktyabr 20:45. “Sabah” – “Borussiya Dortmund” Qeyd edək ki, “Sabah” […]
Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Çempionlar Liqası: “Fənərbağça” “Slaviya Praqa”nı, PSJ “Barselona”nı qəbul edir
Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində III tura start verilir. Canlixeber.com xəbər verir ki, turun ilk oyun günündə “Fənərbağça” “Slaviya Praqa”nı, “Sabah” “Borussiya Dortmund”u qəbul edəcək. Digər qarşılaşmalarda “Roma” “Slovan Bratislava”nı, “Portu” PSV-ni, “Liverpul” “Vilyarreal”ı, “Mançester Siti” AEK-i, PSJ “Barselona”nı, “Napoli” “Budyo Qlimt”i, “Ştutqart” isə “Atletiko Madrid”i sınağa çəkəcək. 20 oktyabr UEFA […]
Bu gün hava necə olacaq?
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer […]
