1 min read

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə ki, Özbəkistan vətəndaşı, 1987-ci il təvəllüdlü Cafar Mahmudoviç Mahmudovun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sakinlərin nəzərinə: Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək

Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri, həmçinin “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq. Belə ki, Xətai […]

1 min read

“Aşk-ı Memnu” serialının tanınmış aktirisası vəfat etdi

Türkiyənin tanınmış aktrisası Gülsen Tuncer vəfat edib. Canlixeber.com xəbər verir ki, aktrisa 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Gülsen Tuncer yayımlandığı zaman reytinq rekordları qıran “Aşk-ı Memnu” serialında “Arsen Hala” obrazını canlandırıb. O, həmçinin “Çalıkuşu” serialında rol alıb.

1 min read

Paytaxtın üç rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 18-də paytaxtın Xətai, Xəzər və Yasamal rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) […]

1 min read

Bu gün hava necə olacaq?

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə […]

1 min read

Famil Mustafayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb. Qeyd edək ki, sentyabrın 18-də Famil Mustafayevin 60 yaşı olur. O həm də Azərbaycan Respublikasının Prezidenti yanında […]

1 min read

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb

Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb. […]

1 min read

İran İsveç diplomatını “persona non qrata” elan edib

İran bir gün əvvəl İsveçin atdığı analoji addıma cavab olaraq, bu ölkənin diplomatından ölkəni tərk etməsini tələb edib. Canlixeber.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb və Stokholmun hərəkətlərini “əsassız” adlandırıb. Çərşənbə günü İsveçin Xarici İşlər Nazirliyi İran səfirini çağırıb və İranın Stokholmdakı səfirliyinin əməkdaşının ölkəni tərk etməsini tələb edib. […]

1 min read

DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir. Canlixeber.com xəbər verir ki, barədə DSX məlumat yayıb. Bildirilib ki, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər. Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər: