September 2026
“Yuventus”un qapıçısı zədələndi
“Yuventus”un qapıçısı Kamil Qrabara zədə səbəbindən uzun müddətə sıradan çıxıb. Canlixeber.com xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib. Məlumata görə, qapıçı sentyabrın 19-da, şənbə günü keçirilən məşq zamanı sağ dizindən zədə alıb. Elə həmin axşam Qrabara klubun “J|Medical” mərkəzində diaqnostik müayinədən keçib. Müayinə nəticəsində onun sağ dizindəki ön çarpaz bağın qopması aşkar […]
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrailin Bakıdakı səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib. “İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir! Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək […]
Cəlilabadda “Mercedes” transformatora çırpılıb
Cəlilabadda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb. Canlixeber.com xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
FHN ötən sutka ərzində 4 xilasetmə əməliyyatı həyata keçirib
Ötən sutka Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı 4 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik […]
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb […]
Dağətəyi rayonlara leysan yağıb – Faktiki hava
Sentyabrın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, […]
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, […]
Ağstafada 64 yaşlı qadını “tok” vurub öldürdü
Ağstafada 64 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, bədbəxt hadisə rayonun Qaçaq Kərəm kəndində baş verib. Belə ki, kənd sakini, 64 yaşlı Mafirə Quliyeva yaşadığı evin hamam otağında elektrik cərəyanının vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə, qadın hamam otağında olarkən elektrik cərəyanının təsirinə məruz qalıb və onun həyatını xilas etmək […]
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb. Canlixeber.com həmin paylaşımı təqdim edir:
PSJ prezidenti barəsində istintaq başlanılıb
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə ilkin araşdırmaya başlanılıb. Canlixeber.com “Foot Mercato”ya istinadən xəbər verir ki, Paris prokurorluğu “Anticor” təşkilatının müraciətindən sonra işi antikorrupsiya bölməsinə göndərib. Təşkilat ehtimal edir ki, 2024-cü ilin yayında Əl-Xəlaifi Birinci Liqa matçlarının televiziya hüquqlarının satışı üzrə danışıqlar zamanı tutduğu vəzifələrdən istifadə etmiş ola bilər. […]
