September 2026
Siqnala görə başlayan mübahisə ölümlə bitdi – 17 yaşlı oğlan saxlanıldı
Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. Canlixeber.com xəbər verir ki, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu N. qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib. Tərəfləri sakitləşdirməyə çalışan İ.Həmidovun qohumu S.Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək […]
Siyəzəndə maşın aşdı – Xəsarət alanlar var, biri uşaqdır
Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpıldıqdn sonara yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan iki nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin uşaq olduğu deyilir. Faktla bağlı araşdırma […]
Salyanda iki qəza oldu – Yaralılar var
Salyanda iki yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki, Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı yük maşını ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub. Qəzada avtomobillərin sürücüləri – Bakı sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu və Neftçala rayonundan 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlu, həmçinin minik avtomobilində olan […]
Bakı-Sumqayıt yolunda ağır qəza – Ölən və yaralanan var
Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, magistralın Abşeron rayonu Xırdalan şəhərindən keçən hissəsində “Chevrolet” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə, bir nəfər hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Qəzada yaralanan şəxsin fotoqraf Aysu Hasani olduğu məlum olub.
Naxçıvanda maşın aşdı, ölən var
Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Adamiya baş məşqçi təyin edildi
Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub. Canlixeber.com xəbər verir ki, məşhur fransalı futbol mütəxəssisi Villi Sanyoldan sonra bu posta Ramaz Svanadze gətirilib. Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb. Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son […]
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
NTD bir neçə basketbolçusu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Paytaxt təmsilçisi Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuzla vidalaşıb. Budan əlavə, legionerlər Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib. Azərbaycanın U-20 millisinin basketbolçuları Oğuzxan Quliyev və Mübariz Mirzəyev […]
Türkiyə səfirliyi: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi minnətdarlıqla yad edirik
27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib. “Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə […]
Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. Canlixeber.com paylaşımı təqdim edir:
Azərbaycanda zəlzələ olub
Lerikdə zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub.
