August 2026
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin 130 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2027-ci ilin yanvar ayında anadan olmasının 130 illiyi tamam olan Əziz Əliyevin yubileyinə dair tədbirlər planının hazırlanması və həyata keçirilməsi Səhiyyə […]
Dələduzluq edən 8 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən 8 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının avqustun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis 23 kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da ümumi çəkisi 23,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
“Zirə”dən ayrılan futbolçu Kipr klubuna keçdi
“Zirə”dən ayrılan Brahim Konatenin yeni ünvanı məlum olub. Canlixeber.com xəbər verir ki, yarımmüdafiəçi Kipr təmsilçisi “Nea Salamina”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konate azad agent kimi yeni komandasına qoşulub. Brahim 2025-ci ildə “Şamaxı”dan “Zirə”yə keçmişdi. “Qartallar” bu yay oyunçu ilə müqaviləyə xitam verib. “Nea Salamina” Kiprin əsas liqasında mübarizə aparır.
Hava limanında saxlanılıb həbs edilən “By Ella” azadlığa buraxıldı
Bir müddət öncə həbs edilən “By Ella” ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb. Canlixeber.com xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib. Bununla da bloqer azadlığa buraxılıb. Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. […]
Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var
Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza zamanı “Ford” və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur. Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.
Ərini qətlə yetirərək həyətdə basdırmaqda ittiham olunan qadına cəza istənilib
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamani Elmira İbrahimovanın 12 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib. Müdafiə tərəfinə […]
“Xaricdə iş” vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu
Xaricdə işə düzəltmək adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Paradise Travel Group” MMC-nin rəhbəri Pərvin Quliyevanın cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, 3 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı […]
“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə çağırıldı
“Sabah” klubunun qapıçısı Stas Pokatilov üçün milli həyəcanı başlayır. Canlixeber.com xəbər verir ki, qolkiper ölkəsinin yığmasına dəvət alıb. Məlumata görə, Pokatilov yığma komandanın UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq növbəti qarşılaşmaları üçün nəzərdə tutulan geniş heyətinə cəlb olunub. Xatırladaq ki, Qazaxıstan seçməsi qarşıdakı günlərdə üç sınağa çıxacaq. Komanda sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, […]
8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi
Müvafiq fərmanla yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əsasnaməsi təsdiq olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Sənədə əsasən, agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Agentliyin sədri agentliyə […]
