August 2026
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Azərbaycanın Baş naziri Əli Əsədov Oljas Bektenova Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir. Qarşılıqlı […]
Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gediblər. ** Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Prezidenti […]
Sabahdan 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
Bakının Nərimanov rayonu, Nemət Quliyev küçəsini (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) ilə əlaqələndirən 199 nömrəli müntəzəm marşrutun bütün avtobusları dəyişdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) məlumat yayıb. Məlumata görə, sentyabrın 1-dən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə […]
Masallı sakini ağacdan yıxılaraq ölüb
Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Məmmədrzaküçə kəndinin sakini, 1970-ci il təvəllüdlü Əşrəf Xeyrulla oğlu Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budayarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırmalar aparılır.
Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib
Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri […]
“Qarabağ” Dani Boltla yolları ayırıb
“Qarabağ” klubu braziliyalı müdafiəçi Dani Bolt ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib. 2025-ci ilin yayında “Qarabağ”a keçən müdafiəçi bu müddətdə 43 matçda meydana çıxıb və 1 qol vurub.
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib. Canlixeber. xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
AAYDA-da yeni təyinat olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həmid Mübah oğlu Mehdiyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Normativ hüquqi aktlar və hüquqi tənzimləmə şöbəsinin müdiri təyin edilib. Həmid Mehdiyev bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Daxili nəzarət şöbəsinin […]
Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu
Bakıda kişi həyat yoldaşını döyərək saçını yolub. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin Aslanov (soyad şərtidir – red.) 2006-cı ildə ailə həyatı qurub və onların birgə nikahından iki övladları dünyaya gəlib. Eminin mütəmadi spirtli içkilər qəbul etməsi ailədə narazılığa səbəb olub. Emin növbəti […]
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Canlixeber.com xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib. Qeyd edək ki, sabiq […]
