Bu gün çimərliklərdə hava necə olacaq?
1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində iyulun 13-də müşahidə olunacaq hava şəraiti məlum olub.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək.

Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi olacaq:

  • Şimal çimərlikləri (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba): 24-25° isti;
  • Cənub çimərlikləri (Türkan, Hövsan, Sahil, Şıxov): 25-26° isti.