Zərdab
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb
Zərdabda avtomobil qəzası olub, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb. Fakt araşdırılır.
Zərdabda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-i saat 23 radələrində Zərdab şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Hüseynli KIA markalı, 50-EC-874 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi ağaca çırpılıb. Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər – […]
Zərdabda evdən oğurluq edən şəxs saxlanılıb
Zərdab rayonunda mənzil qarət edilib. Canlixeber.com xəbər verir ki, hadisə Zərdab şəhərində baş verib. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Tural Ağayev saxlanılıb. Həmin şəxs evə pəncərədən daxil olaraq oradan 5 000 ABŞ dolları və 400 manat oğurlayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar […]
Zərdab sakininin su arxından meyiti tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
