1 min read

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində – Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər […]

1 min read

Pakistanda şiddətli zəlzələ

Pakistanda 5.6 bal gücündə zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Məlumata görə, yeraltı təkanlar səhər saatlarında 141 mindən çox insanın yaşadığı Xuzdar şəhərindən 49 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

1 min read

Xəzərdə zəlzələ olub

Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 05:52-də qeydə alınıb, ocağı 31 kilometr dərinlikdə yerləşib. Məlumata əsasən, zəlzələ Qala stansiyasından 20 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.

1 min read

Azərbaycanda zəlzələ olub

Yerli vaxtla saat 03:39-da Şamaxı rayonunda 3.9 maqnitudada zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

1 min read

Azərbaycanda zəlzələ baş verib

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

1 min read

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.