1 min read

Təhsil TV-yə yeni direktor təyin edildi

Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib. Canlixeber.com xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin […]

1 min read

“Turan Tovuz” klubunda yeni təyinat baş tutub

“Turan Tovuz” futbol klubunda yeni təyinat baş tutub. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Həsən Zeynalov İdarə Heyətinin sədri Ehriram Quliyevin birinci müavini təyin edilib. Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm Azərbaycan çempionu olan “Turan” Voleybol Klubunun prezidentidir.

1 min read

Generala yüksək vəzifə verildi – TƏYİNAT

Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncamla Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.

2 mins read

Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının […]

1 min read

Cavid Hüseynovun “Araz-Naxçıvan”da köməkçiləri bəlli oldu

“Araz-Naxçıvan” klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisə məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.

1 min read

Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi

“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.