İsmət Cəfərova yüksək vəzifə verildi
1 min read

İsmət Cəfərova yüksək vəzifə verildi

“AZCON Holdinq”də yeni kadr təyinatı baş tutub.

Canlixeber.com xəbər verir ki, İsmət Cəfərov holdinqin Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, 2025-ci ildən “AZCON Holdinq”də çalışır. İsmət Cəfərov daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “Aqrar Tədarük və Təchizat” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib.