Yeni təyinat
Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin üzvlüyündən ayrılan Ramin Nurəhmədov yeni vəzifəyə təyin edilib. , o, İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdir müavini vəzifəsinə gətirilib. Qeyd edək ki, R.Nurəhmədov bu ilin aprelində öz ərizəsi ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvlüyündən çıxıb.
Ramiz Məmmədov “Karvan-Yevlax”ın baş məşqçisi təyin olunub
“Karvan Yevlax” yeni baş məşqçisini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. I Liqa klubu Ramiz Məmmədovla anlaşıb. Xatırladaq ki, 57 yaşlı mütəxəssis ötən mövsüm “Mingəçevir”də baş məşqçi postunu tutub.
Təhsil TV-yə yeni direktor təyin edildi
Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib. Canlixeber.com xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin […]
“Turan Tovuz” klubunda yeni təyinat baş tutub
“Turan Tovuz” futbol klubunda yeni təyinat baş tutub. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Həsən Zeynalov İdarə Heyətinin sədri Ehriram Quliyevin birinci müavini təyin edilib. Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm Azərbaycan çempionu olan “Turan” Voleybol Klubunun prezidentidir.
Astaraya yeni baş memar təyin edildi
Astara Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı icra başçısı sərəncam imzalayıb. Sərəncamla Azər Əhmədov Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsinə təsdiqlənib.
Generala yüksək vəzifə verildi – TƏYİNAT
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncamla Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının […]
Cavid Hüseynovun “Araz-Naxçıvan”da köməkçiləri bəlli oldu
“Araz-Naxçıvan” klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisə məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.
“Kəpəz” PFK-nın İdarə Heyətinə yeni sədr seçildi
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.
Eldar Əzizov yeni rəis təyin etdi
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb.
