Xocavənd
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada […]
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin […]
“Azərişıq” ASC Xocalı və Xocavəndin bir sıra ərazilərində elektrik təsərrüfatını yeniləyir
Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Canlixeber.com xəbər verir ki, Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur. Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik […]
Xocavənddə traktor minaya düşüb
Xocavənd rayonunda traktor minaya düşüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb. Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb. Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı
Xocavənd rayonunda mina hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb. Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunmuş özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya […]
Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb
Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
