Tələbə ölümü
Babək rayonunda qəzada ölən gənc tələbə imiş
Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi olub. Xatırladaq ki, Nail İlham oğlu Əlizadəmayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanada […]
II kurs tələbəsi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi vəfat edib. Canlixeber.com Sumqayit24.az-a istinadla xəbər verir ki, Ağsu rayonunun Bico kəndindən olan və universitetdə energetika mühəndisliyi ixtisası üzrə ali təhsil alan Nahid Xalid oğlu Həzməyev dünyasını dəyişib. Bildirilib ki, 2-ci kurs tələbəsi olan 2007-ci il təvəllüdlü N.Həzməyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bakıda tələbə vəfat etdi
Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamlı AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb.
