Türkiyə
İntim videoları yayılan türkiyəli deputat istefa verdi
Türkiyədə deputat Mustafa Sarıgül Yeni Partiya üzvlüyündən istefa verdiyini açıqlayıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıgül bu qərarı haqqında aparılan təhqiqat səbəbindən yaranan müzakirələrin partiyasına zərər vurmaması üçün etdiyini bildirib. Partiyasının araşdırmalarla bağlı mübahisələrdən kənar tutmaq istəyən Sarıgül, ədalətin bərqərar olacağını və partiyaya qayıdacağını bildirib. Qeyd edək ki, Türkiyədə çirkli pulların yuyulması şübhəsi […]
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında məlumat paylaşılıb. Qeyd olunub ki, Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.
Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı
Belçika hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən narkobaron İstanbulda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Məlumata görə, Kolumbiyadan Avropaya daşınan 2 tonluq kokain şəbəkəsinə rəhbərlik etdiyi müəyyənləşdirilən qruplaşma lideri Türkiyədə ələ keçib. Saxlanılan narkobaronun ekstradisiyası üçün məhkəmə prosesinə başlanılıb.
Mayk Tayson Türkiyənin məşhur serialına çəkiləcək
Bütün zamanların ən məşhur boksçularından biri kimi tanınan Mayk Tayson, Türkiyədə “Star TV”də yayımlanan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi iştirak edəcək. Canlixeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş bildirib. Məlumata görə, Tayson ekran işində Buğra Gülsoyun həyat verdiyi Mehmet obrazının Amerika Birləşmiş Ştatlarından gələn dostu rolunu canlandırmağa hazırlaşır. Rejissorluğunu […]
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq. Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi də müzakirə ediləcək. Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və […]
Türkiyədə ağır qəzada 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Canlixeber.com xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Türkiyədə nəhəng tender saxtakarlığı: Bələdiyyə sədri və oğlu tutuldular
Türkiyədə dövlət tenderlərində ehtimal edilən saxtakarlıq işi üzrə aparılan istintaq çərçivəsində Muğla bölgəsinin Milas bələdiyyəsinin sədri Fevzi Topuz və onun oğlu Doruk Topuz da daxil olmaqla ümumilikdə 18 nəfər həbs edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yayılıb. Qeyd olunur ki, sözügedən araşdırmalar ölkənin 13 vilayətini əhatə edir. İstintaq materiallarına əsasən, 35 […]
Ermənistan mediası türk “bəy”ləri səhv saldı
Türkiyəli məşhur aktyor Cəlal Al barəsində Ermənistan mediasında əsassız xəbərlər tirajlanıb. Canlixeber.com xəbər verir ki, Cəlal Alın fotosundan onunla heç bir əlaqəsi olmayan xəbərdə istifadə olunması aktyorun haqlı narazılığına səbəb olub. Söhbət Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində axtarış elan edilən Türkiyə vətəndaşlarından birinin aktyor olması və “Diriliş Ertoğrul” serialında çəkilməsi ilə bağlı xəbərdən gedir. Azərbaycanın […]
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
İstanbulda sel nəticəsində itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Sarıyer rayonunda avtomobili ilə birlikdə sel sularına düşərək itkin düşən Murat Babajanovun meyiti Haliç sahilində aşkarlanıb. Sel nəticəsində itkin düşən daha 4 nəfərin axtarışları davam etdirilir.
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. Canlixeber.com xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırköy Prokurorluğunun hazırladığı ittiham aktına əsasən, tanınmış şəxslərin narkotik vasitələrdən istifadə etməsi və onları bir-birinə təqdim etməsi barədə məlumatlar […]
