Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən fərman
Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Canlixeber.com xəbər verir ki, Fərmanla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Müəyyən edilir ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə […]
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Bildirilib ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” […]
İlkin Namazov vəzifəsindən azad edildi
Sumqayıt Tibb Mərkəzində kadr islahatı aparılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin Namazov vəzifəsindən azad edilib.
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada […]
Anar Bayramov iki xanıma vəzifə verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Belə ki, Ceyran Əkbər qızı Fərazi İnsan resursları departamentinin, Cəmilə Nail qızı Butayeva isə İlkin səhiyyə xidməti departamentinin rəhbəri vəzifəsini müvəqqəti icarə edəcəklər. Qeyd edək ki, bundan əvvəl TƏBİB-in İnsan resursları […]
Körpə həkimlərin köməyilə həyata qaytarıldı
16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda 31.08.2026-cı il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan […]
Anar Bayramov direktor müavinini işdən çıxardı
Sumqayıt Tibb Mərkəzində (STM) kadr islahatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, STM-in inzibati işlər üzrə direktor müavini Orxan Məmmədov vəzifəsindən azad edilib.
Samuxda 9 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı dövlət qurumları birgə məlumat yaydı
Samux rayonu üzrə qeydə alınan qarayara ilə bağlı ilkin araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Qeyd edilib […]
Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var
Lənkəran rayonunun Liman şəhəri ərazisində “KIA Ceed” və “Opel” markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Qəza nəticəsində xəsarət alanların son vəziyyəti məlum olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər kişi avqustun 4-də saat 16:50-də Lənkəran […]
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nün təsdiq edilməsi haqqında” Nazirlər […]
