1 min read

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoruna müavin təyin edilib

Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

1 min read

Martin Knejeviç “Gəncə” basketbol klubuna baş məşqçi təyin olunub

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub. Canlixeber.com xəbər verir ki, “Sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq. 47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb. Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən […]

1 min read

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Təranə Əmirxan qızı Quliyeva təyin olunub. Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabilitasiya Pansionatının direktoru vəzifəsində çalışıb.

1 min read

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Yeni təyin olunan müavini nazirliyin kollektivinə ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev təqdim edib. Qeyd edək ki, Ü.Hacızadə bu təyinata qədər Naxçıvan Muxtar Respublikası […]

2 mins read

Elxan Səmədov yenidən PFL-in prezidenti seçilib

Bu gün Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağı keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər. Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. […]

1 min read

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerinə təyinatı zamanı nəzərə alınan meyarların dairəsi genişləndirilir. Canlixeber.com xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Qərara əsasən, həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi zamanı həmin şəxslərin ailə vəzifələri də nəzərə alınacaq. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi […]