Şəki
Şəkidə 30 yaşlı kişini ilan sancıb: Vəziyyəti ağırdır
Şəkidə rayonunun Şəki kənd sakinini ilan sancıb. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, kənd sakini Şirzad Qurbanoviç Süleymanov öz həyətində təsərrüfat işləri görən zaman onu ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şəki rayonunda ilan sancması səbəbi ilə 1996-cı il təvəllüdlü […]
Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb
İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Canlixeber.com xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Şəkidə 23 hektar biçilmiş taxıl sahəsi yanıb
Şəkidə açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Güclü yağış Şəkinin bir kəndində ciddi fəsadlar törətdi
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib. Canlixeber.com xəbər verir ki, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb. Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb. Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
“Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir”. Canlixeber.com xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun – hotellərin, ictimai iaşə obyektlərinin, […]
