Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş […]
Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu
Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyünə peşman olduğunu qeyd edib. O, ifadəsində deyib ki, Aygünlə 19 il əvvəl ailə həyatı qurublar. Birgə nikahdan biri azyaşlı olmaqla 2 […]
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzalarını […]
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən şəxs Fərhad Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2025-ci ildə […]
Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxs Orxan Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş […]
İdmançı qardaşının ölümünə görə qisas alan şəxs: “Heç bir kişi yazılan söyüşlərə dözməz”
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və qanunsuz olaraq silah saxlamada təsirləndirilən Amil Surxayevin cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub. İttihama görə, Amil Surxayevlə zərərçəkmiş, MMA üzrə məşqçi Orxan Hacıyev arasında əvvəllər şəxsi münaqişə olmayıb. Lakin bir neçə il əvvəl zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin […]
Oğlunu əməliyyata göndərdi, gəlininə təcavüz etdi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gəlinini döyməkdə təqsirləndirilən Tahir Quliyevin (ad və soyad şərtidir – red.) barəsindəki cinayət işi üzrə proses başa çatıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, o, 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Zəngilan rayonunun Ağalı kəndində baş verib. 1965-ci il təvəllüdlü T. Quliyevin […]
