Sabah FK
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib. Portuqaliya təmsilçisi “Sportinq”in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, […]
“Sabah” Ceyms İdslə yolları ayırıb
“Sabah” basketbol klubu Ceyms İdslə yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amerikalı basketbolçu 2025-ci ilin yanvarından Bakı klubunun formasını geyinirdi.
UEFA Çempionlar Liqası: “Sabah”ın rəqibi bu gün bəlli olacaq
“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq. Canlixeber.com xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, […]
“Sabah” onun üçün 720 min ödədi
“Sabah”ın son transferi Eyden Makkartinin transferi üçün “Kayzer Çifs”ə ödədiyi məbləği açıqlanıb. Canlixeber.com xəbər verir ki, “African Times” qəzeti Azərbaycan çempionunun cənubi afrikalı oyunçuya görə 7.000.000 rand (təxminən 720.000 manat) transfer məbləği ödədiyini yazıb. Qeyd edək ki, 22 yaşlı futbolçu “Kayzer Çifs”in yetirməsidir.
“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb
“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Cesse Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. […]
“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən […]
“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb
“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib. Pavol 2024-cü ildən “bayquşlar”ın uğurları üçün çalışırdı. O, “Sabah”ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, […]
“Sabah” qapıçısını göndərdi
“Sabah” klubu qapıçısı Nicat Mehbalıyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkə çempionu məlumat yayıb. 26 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, Nicat Mehbalıyev 2021-ci ildən “Sabah”da çıxış edib.
Mikels Premyer Liqada mövsümün bombardiri seçildi
Futbol üzrə Misli Premyer Liqasında 2025/26 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub. Canlixeber.com xəbər verir ki, “Sabah” futbol klubunun hücumçusu Coy Lens Mikels 19 qolla Premyer Liqada mövsümün ən sərrast futbolçusu seçilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.
