Narkotik vasitələrin məhv edilməsi
Azərbaycanda 5 tondan çox çətənə kolu məhv edildi
İyulun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 5,2 ton çəkidə 15119 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.
Polis 19 kiloqramdan artıq narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də və 26-da ümumi çəkisi 19,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin yabanı halda bitmiş 8274 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
2.2 ton çətənə kolu məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin qeyd edilib ki, yabanı halda bitmiş 2,2 ton çəkidə 9200 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
1.3 tondan artıq çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin ybanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
36 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub. Həmçinin tədbirlərlə yabanı halda bitmiş […]
Laçında 2,4 ton çətənə kolu məhv edilib
Laçında 2 tondan artıq çətənə kolu məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Zabux kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 2 ton 445 kiloqram olan 8103 ədəd çətənə kolu […]
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.
Dünən 5.6 ton çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 141,5 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 2004 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin qeyd edilib ki, kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda […]
6.8 ton çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da ümumi çəkisi 1,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin yabanı halda bitmiş 6,8 ton çəkidə 20136 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Həftə sonu ölkə ərazisində 150 kiloqram narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də və 28-də ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox […]
