Məhkəmə işi
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, təqsirləndirilən Fuad Rəfibəyli 2023-cü ildə Rusiyaya […]
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb – Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Araşdırmalar zamanı məlum olub ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı dalaşaraq atası […]
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq
“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Canlixeber.com xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışıb və əlaqələr qurub. O, dostluq münasibətində olduğu Tamerlana birgə iş qurmağı təklif edib. Belə ki, Vüsal həmin şəxsə “Toyota Bakı […]
Bakıda dostların zarafatı məhkəmədə bitdi
Bakının Nizami rayonunda 39 yaşlı kişi sərxoş vəziyyətdə dostuna xəsarət yetirib. Canlixeber.com xəbər verir ki, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Tural qəbul etdiyi spirtli içkinin təsiri altında tanışı Vəli (adlar şərtidir – red.) ilə mübahisə edib. Məlum olub ki, onların arasında mübahisənin yaranmasına səbəb zarafat etmələri olub. 39 yaşlı kişi sərxoş vəziyyətdə dostu ilə […]
Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Səxavət İsmayılovun həyat yoldaşı Gülnisə İsmayılovanın ifadəsi dinlənilib. “Səxavət hər gün işə gedəndən sonra bir neçə dəfə […]
Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib. İttihama görə, “Taxes Group” MMC-nin direktoru və “Loft Dent” klinikasının […]
Müavinət üçün SAXTA SƏNƏD verən vəzifəli şəxslərin mühakiməsi başlayır
Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə ittiham olunan həkimlərin barəsindəki cinayət işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, […]
Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib
Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 […]
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların fotosunu “TikTok”da gördüm…” – TƏFƏRRÜAT
Adam öldürməkdə təqsirləndirilən 2010-cu il təvəllüdlü F.Paşazadənin barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama əsasən, yetkinlik yaşına çatmayan F.Paşazadə 2026-cı ilin aprelində saat 02:05 radələrində bacısı S.P. (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olan 2007-ci […]
Qisasını qardaşı arvadının maşınından aldı – Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası da həmin şikayətə qoşulub. Onlar bildiriblər ki, Ş.Məmmədovun qardaşı Tural Məmmədov ailədə tez-tez […]
