Məhkəmə işi
Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxs HƏBS EDİLDİ
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahim İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama əsasən, hadisə ötən il Goranboy rayonunun Düzqışlaq kəndində […]
Bakıda qayınanasını döyən kişiyə cinayət işi başlanıldı
Bakıda 40 yaşlı kişi qayınanasını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Salyan rayon sakini, 1986-cı il təvəllüdlü İmran Məmmədov ailə qurub, Sabunçu qəsəbəsində qayınanasının evində qalıb. Bir müddətdən sonra qayınana-kürəkən arasında mübahisə yaranıb və onlar dava etməyə başlayıblar. Bir neçə gün əvvəl İmran işdən evə gələrkən qayınanası yenidən onunla mübahisə […]
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub: 8 nəfər təqsirləndirilir
Rusiyada qətl və xüsusilə külli miqdarda dələduzluqla bağlı aparılan cinayət işi üzrə 8 nəfər məsuliyyətə cəlb olunub. İşin fiqurantları arasında biznesmenlər, şirkət rəhbərləri, işsiz şəxslər, taksi sürücüsü, eləcə də aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayevin oğlu Elvin Paşayev də var. Canlixeber.com xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi cinayət işi materiallarında bildirilir. Sənədlərə […]
Oğlu öldürülən ata qisas almağa çalışdı – 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. Canlixeber.com xəbər verir ki, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula […]
“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib. Məhkəmə etirazı baxılmamış saxlayıb. Daha sonra zərərçəkmiş Sənubər Muradova ifadə verib. O bildirib […]
Azərbaycanlı sahibkar Rusiyada məhkəməyə verildi – Keçmiş şirkətindən Şahlar Novruzova İTTİHAM
Milliləşdirilmiş “Tuapse Dəniz Ticarət Limanı” MMC öz keçmiş sahibi, azərbaycanlı iş adamı Şahlar Novruzova qarşı məhkəmə iddiası qaldırıb və dəymiş zərərin ödənilməsini tələb edib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumat Rusiyanın arbitraj məsələləri kartotekasında yer alıb. İş materiallarında hələlik tələb olunan məbləğ açıqlanmayıb. Rusiya Baş Prokurorluğu və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik […]
İki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR
Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Səmayə Səlimovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət bu il məhkəməyə işi daxil olub. İttihama […]
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib
Mühacirətdə yaşayan jurnalist Qənimət Zahid sabiq deputat Çingiz Qənizadəyə məhkəmə qərarı əsasında təzminat ödəyib. Canlixeber.com Bakıgundem.com’a istinadla xəbər verir ki, məsələ Qənimət Zahidin 2019-cu ildə “YouTube” platformasında yayımladığı videolarda Çingiz Qənizadə barədə səsləndirdiyi iddialarla bağlı olub. Sözügedən videolarda sabiq deputat Rusiyada qətlə yetirilən azərbaycanlı iş adamı Ruslan Hüseynovun ölümündə təşkilatçı və ya iştirakçı kimi təqdim […]
Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi məlum olub. Prosesdə tərəflər yeni tərkibə […]
Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Namazəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, Rövşən Namazəliyev […]
